Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər, vəkillərin hakimlər, istintaq orqanlarının əməkdaşları və digər proses iştirakçıları ilə qeyri-prosessual münasibətlərə yol verməmələrinin əhəmiyyəti barədə danışmışdır.

İclasda Vəkillər Kollegiyası vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması, eləcə də "Ensis" Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilmişdir.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.