Elmar Məmmədyarov Kosta-Rika xarici işlər və etiqad naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb.

Sabahinfo.az xeber verir ki, bu barede məlumatı Gün.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib, görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Tərəflər nazir Manuel Gonzalez Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərini iki ölkə arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdilər. Həmçinin, Kosta-Rikanın ölkəmizdə səfirliyinin təsis edilməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğuladılar.