Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev "WAKO"-nun (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.
Bu nüfuzlu təyinat, Adil Əliyevin idmanın, xüsusilə kikboksinqin Azərbaycanda və regionda inkişafına verdiyi mühüm töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.
Bu cür uğurlar, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısının, xüsusilə Prezident İlham Əliyev tərəfindən idmanın inkişafına verilən davamlı dəstəyin nəticəsidir.
Qeyd edək ki, Beynəlxalq İnkişaf Komitəsinin əsas məqsədi kikboksinq idman növünün dünya üzrə inkişaf etdirilməsi, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, idman vasitəsilə qarşılıqlı anlaşmanın təşviqi və beynəlxalq tədbirlərin təşkili istiqamətində fəaliyyət göstərməkdir.