Gürcüstanda 4 seçki məntəqəsində təkrar seçki keçiriləcək

Hazırkı mərhələdə Gürcüstanda ikinci tur səsverməsi 4 seçki məntəqəsində keçiriləcək. sabahinfo.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu say dairə seçki komissiyalarına daxil olan şikayətlər əsasında arta bilər.

 

Mərkəzi Seçki komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladzenin məlumatına görə, təkrar səsvermə Zuqdidəki 39 nömrəli Qamxuri, həmçinin 79 və 108 nömrəli  Cixaşkari seçki məntəqələrində baş tutacaq. Bundan başqa, təkrar seçki Marneulidəki 48 nömrəli Qızılhacılı seçki məntəqəsində keçiriləcək.

 

MSK mətbuat katibinin məlumatına görə, ikinci tur seçkisinin keçirilməsi ilə bağlı MSK-nın qərarı olacaq. Anna Mikeladze təkrar səsvermənin son tarixi 23 oktyabr olduğunu bildirib.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-nə qədər keçiriləcək.