Ukrayna helikopteri vuruldu

Ukrayna ordusunun helikopterini vurmuşuq.

 

sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko söyləyib.

 

Onun sözlərinə görə, vurulan Ukrayna helikopteri Kiyevin nəzarət etdiyi bölgədə yerə düşüb.

 

O, bu faktın Ukraynanın Minsk razılaşmasının şərtlərinə əməl etmədiyinin göstəricisi olduğunu bildirib.

 

Qeyd edək ki, Donbas Ukrayna ərazisidir. 2014-cü ildə Rusiyanın aktiv dəstəyi bu bölgə Ukraynanın nəzarətindən çıxıb.