Fransa səfiri Azərbaycana QAYITDI

Fransa səfiri Azərbaycana qayıdıb.

Sabahinfo.az  xəbər verir ki, APA bu barədə öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.