Gənclər üçün innovativ layihə

Azərbaycanda gənclər üçün daha bir innovativ layihəyə start verildi.

TİP - Tanıma və İnkişaf Proqramı psixometrik sorğular və digər digital üsullarla yeniyetmələrə, gənclərə özlərini, ixtisasları və iş dünyasını yaxşı tanımaqda və sərbəst şəkildə uyğun ixtisas seçimi etməkdə bələdçi olan yeganə digital proqramdır. İxtisas seçimi məsələsində ciddi boşluqlarımız olduğuna görə TİP yuxarı sinif şagirdləri üçün həddən artıq həyati əhəmiyyət kəsb edən proqramdır. Bunun vasitəsilə gənclər ixtisas seçimində kənar təsirlərlə və ya təsadüfi şəkildə deyil, çox daha düşünülmüş qərarlar verəcəklər.

TİP həcminə görə dünyada ən böyük onlayn ixtisas/karyera konsultasiyası proqramıdır. Proqramın təməl hissəsini keçmək təqribən iki-üç saat vaxt alır. Sonradan iştirakçılar abunə olmaqla davamlı üzbəüz koçinq, mütəxəssis görüşləri, ərazi səfərləri, seminarlar, webinarlar və ixtisaslaşma və karyera ilə bağlı digər maarifləndirici xidmətlərimizdən də istifadə edə bilərlər. taskool.com/tip