Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Balakən Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 2 800 ədəd siqaret aşkar edilib.