Goranboyda polis qəzada öldü - RƏSMİ AÇIQLAMA

Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Sabahinfo.az-a bildirib ki, dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirmiş və nəticədə avtomobil aşmışdır. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin- Goranboy Rayon Polis Şöbəsinə əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölmüşdür.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

09:07

Goranboyda qəza olub.

Sabahinfo.az xəbər verir ki, hadisə  Goranboy-Ağcakənd avtomobil yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən Yusif İbarahimov polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. /Unikal.az