Hər görüşdə hər dövlətin öz marağı olur...

Dövlətlərarası münasibətlərdə hər görüşün öz mahiyyəti, vəzifələri, strateji niyyətləri olur. Beynəlxalq təşkilatlar bu münasibətlərin yaxşılaşması istiqamətində müəyyən təşəbbüsləri gerçəkləşdirirlər ki, bu da dünyada davamlı sülh üçündür.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə və NATO Baş katibi Yens Stoltonberq arasında ikitərəfli görüşlər də eyni mahiyyətin müxtəlif tərəfləridir. Mətbuatdan Şarl Mişellə görüşdə Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri, əməkdaşlığın növbəti mərhələsinə keçidlə bağlı müzakirələr aparıldığını öyrəndik. Bu müzakirələrin Azərbaycanın dövlət mnafelərinə yararlı olduğuna şübhə etmirik. Cənubi Qafqaz həmişə dünya dövlətlərinin diqqət mərkəzində olub. Son dövrlərdə daha həssaslıqla. Görüşlərdə bu haqda da danışıqlar aparılıb. Yəqin ki, NATO Baş katibi ilə görüşdə bölgədəki keçmiş münaqişə, artıq Azərbaycan Ordusunun həll etdiyi münaqişənin nəticələri də ətraflı müzakirə olunub. Brüssel görüşü həm də bu baxımdan yadda qalan olaacq...

NATO kimi nüfuzlu bir təşkilat qüdrətinə, dünyəviliyinə inanmadığı dövlətlə əməkdaşlıq etməzdi. Azərbaycanla NATO arasında əməkdaşlıq 1994-cü ildən başlayıb. Böyük tarixi şəx­siy­yət Heydər Əliyevin bu istiqamətdə də başladığı işi cənab İlham Əliyev uğurla davam et­dirir. Belə ki, Azərbaycan Prezidenti NATO-nun 7 Zirvə görüşündə iştirak edib. Bu rəqəm Azərbaycanın beynəlxalq nüfuzunun səviyyəsinin göstəricisi kimi də dərk edilə bilər. NATO bir qayda olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bu, öz əksini Zirvə görüşlərinin yekun sənədlərində tapıb. Yəni bu sənədlərdə Cənubi Qafqazdakı mövcud mü­na­qi­şələr, bu sıradan Ermənistanın ərazi iddiası səbəbindən yarananan Ermənistan-Azər­bay­can münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. Bu, yerinə yetirilməsi tövsiyə edilən münasibətlər sisteminin tərkib hissəsi olub...

il sentyabrın 27-də Vətən müharibəsi başlayandan sonra da NATO işğalçı Ermənistanı da, torpaqlarını azad etmək üçün döyüşən Azərbaycanı da danışıqlara çağırdı.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər nəticəsində yaranmış yeni reallıq NATO tərəfindən də qəbul edildi və NATO-nun bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı.

Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir və indi də uğurla davam etdirilməkdədir...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin NATO-nun baş katibi ilə görüşü bu münasibətlərin davam etdirilməsi istiqamətində gərəkli görüş oldu...

Brüssel görüşü sıradan görüş deyil. Belə görüşlərdə hər dövlətin öz maraqları olur. Belə görüşü təşkil edən təşkilatın da həmçinin. Brüssel görüşündə Avropa İttifaqının marağı özünü regionda bu və ya digər probemin həllində vacib siyasi qurum, böyük təsirə malik olan güc kimi göstərmək istəyidir.

Azərbaycan illərdir təsdiqləyir ki, regionda sülh yaradılması ilə bağlı irəli sürülən bütün təşəbbüsləri hər zaman dəstəkləyib. Brüssel görüşündə iştiraka razılıq da dünyəvi siyasətin təsdiqi kimi siyasi iradə nümayiş edirməkdir.

Azərbaycan Vətən müharibəsində qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Soçi görüşündə olduğu kimi, bu görüşə də qalib dövlətin başçısı kimi getdi. Brüssel görüşündə iştirak Azərbaycana nə vəd edir? Azərbaycan görüşəqədərki tələblərində israrlıdır: bütün vasitələrdən istifadə etməklə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qar­şılıqlı surətdə tanınmasına nail olmaq, region dövlətləri arasında bütün kommunikasiya xətlə­rinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, bununla da bölgədə sülhü və təhlükəsizliyi möh­kəm­lənd­irmək. Bu ali məqsəd təkcə Azərbaycan üçün deyil, təkcə region üçün deyil, ümumən bəşəriyyət üçün gərəklidir. Yəni Azərbaycan iştirak etdiyi bütün görüşlərdə bəşəriyyətin təmsilçisi kimi çıxış edir. Brüssel görüşündə də belə oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyəti Azərbaycanın xarici siyasətinin dəyişməzliyinin təsdiqidir.

Azərbaycan dövlətinin başçısının Brüssel görüşündə iştirakı Azərbaycanın hansı niyyətlərdə olduğunu ifadə etdi. Ermənistanın baş nazirinin iştirakı nəyi ifadə etdi? Görəsən dünya ictimaiyyəti, dünyanın aparıcı dövlətləri bunların fərqini ayırd etdilərmi?



Səbinə XASAYEVA,

Milli Məclisin deputatı