Hərbi marşların sədaları altında əsgər naharı

Sabahinfo.az xəbər verir ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən əvvəlcədən müəyyən olunmuş yerlərdə səhra mətbəxləri qurularaq Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışlarının sədaları altında əsgər naharı təqdim olunub.

Təşkil olunmuş bayram tədbirində hər kəs - uşaqlar, gənclər, böyüklər, ahıllar, qonaqlar əsgər rasionuna daxil olan ləzzətli və keyfiyyətli nahardan dadaraq orkestrin səsləndirdiyi mahnıları dinləyiblər.