"Heydər Əliyev və uşaqlar" mövzusunda tədbir keçirilib

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş "Heydər Əliyev və uşaqlar" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qiraət" dərnəyinin üzvləri tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş və tarda ifa olunmuşdur. Sonda İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və əməkdaşları Gülnar Yusibova, Mustafayeva Təranə Milli Qurtuluş günü ilə əlaqdar çıxış etmişdir. Tədbirdə 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatların bərpa olunması, inkişaf etdirilməsi Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətindən bəhs edilib.

Sonda şagirdlər Fəxri fərmanlarla mükafatlandırılmışdır.