Hicran Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə tədbir

2 iyun 2022- ci il tarixində  Sumqayıt  şəhər 41 nömrəli tam orta məktəbdə Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” adlı tədbir keçirildi. Tədbirdə ilk olaraq torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Milli Məclisin deputatları Hicran xanım Hüseynova, Müşfiq Məmmədli, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə, Azərbaycan Qadın Sahibkarları İnkişaf Assosiasiyası İctimai Birliyinin nümayəndələri, Sumqayıt Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva, Sumqayıt Tibb mərkəzinin müavini Təranə Rəcəbli, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müavini Kazımov Fərman iştirak ediblər.
Məktəbdə uşaqlardan ibarət xor kollektivi çıxış edib, şeirlər söyləyib, musiqili kompezisyalar göstəriblər.
    Daha sonra Hicran xanım Hüseynova çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bütün uşaqları təbrik edib, hər birinə xoş gələcək, sağlam həyat və düşüncə, təhsillərində müvəffəqiyyətlər arzulayıb. Dövlətimizin, prezidentimizin və Mehriban xanım Əliyevanın hər zaman uşaqlara göstərdikləri diqqət və qayğını vurğulayıb, ölkəmizdəki uşaq hüquqlarının daima qorunduğunu bildirərək, Uşaqların bizlərin gələcəyi olduğunu və bu gələcəyi ən gözəl və sağlam şəkildə yetişdirməli olduğumuzu bildirmişdir.
  Tədbir iştirakçıları da sonda çıxış edərək uşaqları təbrik edib, qarşılarındakı həyatda uğurlar arzulayaıblar.
 Sonda uşaqlarış üçün nəzər tutulan bayram sovqatı paylanmış və xatirə şəkilləri çəkilmişdir.