Hulusi Akar ukraynalı həmkarı ilə telefonla danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

Sabahinfo.az xəbər verir  ki, bu  barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki,tərəflər atəşkəsin təmin olunması barədə fikir mübadiləsi aparıblar. H.Akar Rusiya ilə Ukrayna arasında müzakirələrin əhəmiyyətini qeyd edib, həmçinin atəşkəsin vacibliyini vurğulayıb.

O deyib ki, humanitar yardım baxımınından Türkiyənin Ukraynaya dəstəyi bundan sonra da davam edəcək.