I və III qrupların altqruplarını seçənlər bu fənnlərdən imtahan verəcək

11 fevral 2024-cü il tarixində I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

DİM-dən Sabahinfo.az-a verilən xəbərə görə, həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Qeyd edilib ki, I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri bu həftə ərzində sayta yerləşdiriləcək.