İcra başçısı şəhidlərin məzarlarını ziyarət edib

Vurğun qəsəbə qəbiristanlığında 20 Yanvar şəhidi Habil Əzizovun və digər şəhidlərimizin məzarları ziyarət olunub Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir sıra ictimaiyyət nümayəndələri ilə birlikdə Vurğun qəsəbəsindən olan 20 Yanvar şəhidi Habil Əzizovun və digər şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin məzarlarına tər qərənfillər düzülüb, əziz ruhlarına dualar oxunub. Şəhidin qardaşları Eytibar və İlqar Əzizovlar ölkəmizdə şəhid ailələrinə, eləcə də ölkəmizin suverenliyi uğrunda fədəkarlıq göstərən vətəndaşlarımıza göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.