İnkişafda şəhərləri geridə qoyan Hacıqabul

Hacıqabul Azərbaycanın elə bir rayonudur ki, bu rayonun adında Allah kəliməsi var. Hacıqabul sözünün mənası “Allah sənin Həcc ziyarətini qəbul etsin” deməkdir. Yazıya bu minvalla ona görə başladım ki, bu rayon son illərdə dövrünün ən parlaq günlərini yaşayır və belə deyək ki, rayon sakinlərinin elədiyi dilək-dua Həcc ziyarəti olmasa da ona yaxındır. Bu dilək-duaların səbəblərini araşdıranda isə məlum olur ki, bunun əsasında dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasəti dayanır. Azərbaycana rəhbər etdiyi müdətdə ilklərlə, uzaqgörən siyasəti və məqsədyönlü addımları ilə ölkəmizi hər cür bəlalardan qoruyan, Azərbaycanın inkişafına öz töhfələrini verən əsl sərkərdə, siyasi lider İlham Əliyevin siyasi xəttinin əsasını Azərbaycan xalqına xidmət təşkil edir.

Bəli, 2019-cu ildə Hacıqabul rayonuna icra başçısı təyin olunan Rüstəm Xəlilov etimadları doğruldur. Düzü bu təyinatın məqsədi də o idi ki, Rüstəm Xəlilov illərdir Hacıqabul rayonunda yığılıb qalan problemləri həll edəcək və ən əsası bu rayonu dirçəldəcək. Aradan elədə uzun müddət keçməyib. Cəmi 2 ilə görülən işlərin statistikasını və ən əsası vətəndaş razılığını nəzərə alsaq Rüstəm Xəlilovun işinin öhdəsindən gəldiyini deyə bilərik.

Müşahidələrim əsasında onu deyə bilərəm ki, son illərdə Hacıqabuldan olan şikayyətlər demək olar ki, yox səviyyəsindədir. Bu yöndə nə sosial şəbəkədə, nə də KİV-də tutarlı yazıya rəst gəlmək mümkün deyil. Bununla yanaşı günümün önəmli zamanını ayırıb Hacıqabul Rayon İcra Hakimiyyətinin İnzibati binası yanında uzun müddətli müşahidə apardım. Havanın isti, COVID-19 pandemiyası nın tüğyan etdiyi bir vaxtda işimi gücümü atıb binaya yaxınlaşan sakinlərin problemləri və bu problemlərin həlli istiqamətində hansı addımlar atıldığının canlı şahidi olmaq istədim. Müşahidə əsnasında 10-a yaxın fermer su məsələsinə görə binaya gəlib öz etirazlarını başçıya çatdırmaq niyyətində idi. Üstündən 5 dəqiqə keçmədən inzibati binadan çıxan köməkçi ədəb-ərkanla fermerləri başçının qəbuluna apardı. Hardasa yarım saatdan sonra problemlər və gərgin olan fermerlər icra hakimiyyətinin binasını gülərüz və xoş təəssuratla tərk etdiyinin şahidi oldum. Fermerlərə yaxınlaşıb söhbət edərkən məlum oldu ki, onlar ərazinin suvarılması üçün üzlə.diyi problemləri başçının diqqətinə çatdırıblar. Elə oradaca Rüstəm Xəlilov aidiyyatı qurumlara tapşırıq verib və məsələ öz həllini tapıb.

44 günlük vətən müharibəsi bizə qələbə sevinci ilə bir çox məsələləri aydın etdi. Belə ki, bu 44 gündə biz xalq-hakimiyyət vəhdətini, vətənpərvərlik hissinin necə yüksək olduğunu gördük. Vətən Müharibəsində də Azərbaycanın hər bir bölgəsi kimi Hacıqabuldan olan igidlər böyük qəhrəmanlıq göstərdilər. Onlar arasında şəhid olanlar da oldu. Allahdan şəhid qardaşlarımıza rəhmət diləyirikir. Rayon sakinləri deyir ki, müharibə zamanı şəhid dəfnində Rüstəm Xəlilov sadə vətəndaşlar kimi iştirak edir. Şəhidlərin yaxınlarına təsəlli və başsağlığı verir. Dəfn mərasimlərinə bəzi məmurlar və başçılar kimi maşınla deyil, sadə vətəndaşların arasında gedir və o prosesdə şəxsən iştirak edirdi. Eyni zamanda qazilərimizlə yaxından maraqlanır. Onların problemlərinin həlli istiqamətində davamlı addımlar atır. Bir məsələni də vurğulayım ki, məhz Rüstəm Xəlilovun göstərişi ilə Hacıqabul Rayon Şəhidlər Xiyabanı abadlaşdırılıb. Hər bir şəhidin məzarı və xiyabanın ümumi girişi yüksək səviyyədə qurulub.

Yazımızda xüsusi bir məqama toxunmaq istəyirəm. Bu da son illər Hacıqabul rayonun sosial-iqtisadi inkişafıdır. Belə ki, bu inkişaf artıq sonşu rayon sakinlərinin sözün həqiq mənasında qısqanclığına səbəb olub. Qonşu şirvan sakinləri deyir ki, Şirvan boyda şəhərdə heç bir inkişaf nəzərə çarpmır, ancaq Hacıqabulda inkişaf var. Yeni-yeni müəssisələr açılır, yollar çəkilir, rayonun işıqlandırılması, təmizliyi və digər məsələlərə xüsusi diqqət ayrılır. Ən əsası hacıqabulluların üzü gülür.

Sonda onu da vurğulayım ki, cənab Prezident İlham Əliyev 2007-ci ildən bu yana Hacıqabul rayonuna 7 dəfə səfər edib. Sonuncu səfər zamanı dövlət başçısının açılışını həyata keçirdiyi sosial-iqtisadi və infrastruktur layihələrinin sayı çoxluğu ilə fərqlənirdi. Cənab Prezidentin yürütdüyü uğurlu siyasətin yerlərdə məmurlar tərəfindən uzurla icrası, ən əsası vətəndaş razılığı, hacıqabulluların dövlət başçısının ətrafında sıx birləşməsinə zəmin yaradıb. Bu gün hər bir rayon sakini dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyir və etdikləri dualar da bunun bariz nümunəsidir.

Hacıqabul axırı ki, adını doğruldan başçıya qovuşdu. Darısı digər regionların başına.....

 

Ədil Ədilzadə

Bakı-Hacıqabul-Bakı