İsmayıllı şəhərində seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də İsmayıllı şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və təşviqat qrupunun üzvü Hafiz Kərimov çıxış ediblər. Bildirilib ki, xalqımız və dövlətimiz bu seçkilərə ərazi bütövlüyümüzün təmin olunması şəraitində gedir.

Seçicilər yeni dövrdə dövlətimizin inkişafını daha da sürətləndirmək üçün cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.