"Kənd Qida İş"Həmkarlar Federasiyasından orduya və aztəminatlı ailələrə dəstək

"Kənd-Qida-İş" Həmkarlar Fəderasiyası 2020-ci il üzrə həyata keçirdiyi işlərin statistikasını açıqlayıb. Qeyd olunub ki, aztəminatlı ailələrə göstərilən ərzaq və  maddi yardımlar barəsində məlumat öz əksini tapıb.
O da qeyd olunub ki, cari ildə 1792 nəfərə ərzaq yardımı göstərilib. Ərzaq yardımlarına ümumilikdə 70967 manat vəsait sərf olunub. 1974 nəfərə maddi yardım göstərilib ki, bu yöndə ümumi xərclər 90866 manat təşkil edib.  Pandemiya dövründə aktiv iş aparan fedarasiya koronavirusla mübarizə sahəsində ciddi addımlar atıb. Belə ki, il ərzində 35314 əlcək, 48286 maska, 11138 spirt alınıb. Bütün bunlara ümumilikdə 33010,58 manat vəsait xərclənib.  Fedarasiya eyni zamanda Koronavirusla Mübarizə Fonduna 19760 manat vəsait ianə edib. 
44 günlük vətən müharibəsində arxa cəbhədə aktiv iş aparan Fedarasiya Silahlı Qüvvələrə Yardım Fonduna 33850 manat vəsait, Fedarasiyanın işçiləri tərəfindən isə 13200 manat vəsait ianə edilib. Yaşat Fonduna isə müəssisə tərəfindən 15000, işçilər tərəfindən isə 8700 manat vəsait ianə edilib.

Elnarə Həziyeva