Könül Nurullayeva: “Brüssel görüşündə sülh mətninin hazırlanmasına dair razılığın əldə olunması müsbət addımdır”

Avropanın siyasi mərkəzi olan Brüsseldə keçirilən sayca 4-cü üçtərəfli görüşdə əkdə edilən razılaşmalar tərəfləri sülhə yaxınlaşdırır. Belə ki, tərəflərin noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəlməsi sülh prosesini pozan Ermənistan üçün bir növ təzyiq hesab oluna bilər. Növbəti görüşə qədər öhdəliklərin yerinə yetirilməsi baxımından üçtərəfli görüş hesabat xarakteri daşıyır. Azərbaycan bütün öhdəlikləri yerinə yetirən və sülh prosesinə töhfə verən tərəf kimi danışıqlar masasında da üstünlüyü qoruyub saxlayır. Prosesi pozan Ermənistan isə hər dəfə bu cür görüşlərdə öhdəliklərini yada salmağa və onları icra etməyə məcbur olduğunu anlayır.  Bu mənada Ermənistanın noyabra, yəni növbəti üçtərəfli görüşə qədər praktik addım atmamaq şansı azalır.

Ümumiyyətlə, üçtərəfli görüş dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılmasına xidmət edir. Görüşün yekununda bəyanatla çıxış edən Şarl Mişel də fikir mübadilələrini açıq və məhsuldar qiymətləndirib. Bəyanatdan aydın olur ki, 4-cü üçtərəfli görüşdə də gündəlikdəki bütün məsələlər nəzərdən keçirilib. Hətta 3-cü  görüşdə əldə edilən razılaşmalar istiqamətində bəzi addımların atılması təqdir olunub. Xarici işlər nazirlərinin sülh sazişinin mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə razılıq əldə olunub ki, bu da sülh prosesində mühüm addımdır. Eyni zamanda humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi bu dəfə də diqqət mərkəzində oldu. İttifqın 
bu məsələlərlə məşğul olmaqda davam etməsi növbəti mərhələlərdə nəticə əldə etmək istiqamətində ümidləri artırır. Sərhəd komissiyasının
növbəti iclasının Moskvadan sonra noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq da irəliləyişdir. 

Görünın budur ki, Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Budəfəki görüş də Azərbaycanın diplomatik üstünlüyü ilə yadda qaldı. Belə ki, yenə “Qarabağ”, “Minsk Qrupu”, “status” ifadələrinin işlədilməməsi sülh gündəliyində rəsmi Bakının maraqlarının tam şəkildə təmin olunduğunu göstərir. Bu görüş Qarabağ mövzusunun Azərbaycanın daxili işi olduğunu bir daha təsdiqlədi.