Koronavirusa yoluxan Niyaməddin Musayevdən XƏBƏR VAR

Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.

Bu barədə Niyaməddin Musayev Unikal.org-a açıqlamasında bildirib. 

Xalq artisti tamamilə sağaldığını və yaxşı olduğunu da dilə gətirib:

“20 gün xəstəxanada yatdım. Vəziyyətim ağır idi, həkimlər məni sağaltdı. Onlara minnətdarlığımı bildirirəm. Hazırda yaxşıyam, artıq evimdəyəm”.