Lerikdəki qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə Sabahinfo.az-a TƏBİB-dən məlumat verilb.

Bildirilib ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində qeydə alınıb.