Malik Həsənov: "Akademik qanunverici orqanının legitimliyinə şübhə ilə yanaşmaqla kimliyini və məqsədini açıqlayır"

«Bu gün qalib Azərbaycanın yaratdığı reallıqlardan bəhs edirik. Xalqımız 30 ilə yaxın dövrdə torpaq həsrəti ilə yaşayaraq bu günü böyük səbirsizliklə gözləyirdi. Dövlətimizin qətiyyəti, Azərbaycan gəncliyinin torpaq, Vətən sevgisi, xalqımızın birliyi, həmrəyliyi sayəsində bir daha dünyaya məğrur, yenilməz xalq olduğumuzu nümayiş etdirdik. Tarixi Zəfəri ilə dünyaya səs salan ölkəmizin işğaldan azad edilmiş torpaqlarında bərpa və quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdışa hazırlıq işləri görülür. Belə bir zamanda hansı sahədə çalışmasından asılı olmayaraq hər kəs ölkənin inkişafına, işğaldan azad edilmiş torpaqlarımızın tezliklə cənnətməkana çevrilərək soydaşlarımızı qarşılamasına dəstək olmalıdır. Bir mühüm məqamı da nəzərə alsaq ki, Azərbaycanın dayanıqlı inkişafı, gələcəyi elmimizlə daha sıx bağlıdır, bu halda ali elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə düşən vəzifəni daha aydın görmək mümkündür. Amma təəssüf doğuran hal budur ki, bu gün AMEA elmin inkişafına deyil, intriqaların dərinləşməsinə xidmət edir. Akademik Ramiz Mehdiyevin apardığı «islahatların» mahiyyətində bacarıqlı, savadlı insanların kənarlaşdırılması, özünə yaxın insanların, qohumlarının ən yüksək vəzifələrə yerləşdirilməsi dayanır. Bu yolla elmi inkişaf etdirmək, Azərbaycanın gələcəyinə töhfələr vermək mümkündürmü? Elmi ictimaiyyəti fürsət düşdüşcə qılınclayan, üvanlarına təhqiredici fikirlər, ittihamlar səsləndirən bir insana ziyalı demək nə dərəcə real görünə bilər? Azərbaycan ziyalılarının fədakarlığı fonunda bir məqamı qeyd etmək kifayətdir ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonlarla insanı sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası yaradılıb. Həmin illərdə ölkədə cərəyan edən proseslərin önündə gedən ziyalılarımız vəziyyətdən çıxış yolu axtardılar, Azərbaycanın bugünkü inkişafının əsası qoyuldu.»

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, akademik Ramiz Mehdiyev hər addımda zi yalı adına ləkədir: «Onun AMEA-nın tribunasından öz şəxsi ambisiyaları naminə bəhrələnməsi, onun-bunun ünvanına həqiqətəuyğun olmayan fikirlər səsləndirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılana bilməz: «Ramiz Mehdiyev Milli Məclisin legimtimliyini şübhə altına alır. Məlumdur ki, 2019-cu ilin sonlarında ölkədə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması üçün Yeni Azərbaycan Partiyası parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Hakimiyyətin üç qolundan biri olan Milli Məclisin legitimliyini şübhə altına alan bir ziyalı bu addımı ilə dövlətə qarşı çıxdığını qabarıq şəkildə büruzə verir. Yeni parlamentin legitimliyini şübhə altına almaq Azərbaycanın demokratik ölkə imicinə kölgə salmaq deməkdir. Bir ali elm ocağına rəhbərlik edən şəxsin belə qərəzli bəyanatlarla çıxış etməsi onun vətəndaşlıq təəssübkeşliyini sual altına qoyur.»

Millət vəkili onu da əlavə edib ki, akademik «cib müxalifət»indən bəhs edir: «Bu gün ölkədə yeni reallıqların diktə etdiyi mühüm məqamlardan biri siyasi partiyalar arasında normal ab-havanın mövcudluğu, ölkədə siyasi daloq mühitinin yaradılmasıdır. Akademik ziyalılığı bir kənara qoyub qızışdırıcı missiyadan çıxış edərək ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyini nümayiş etdirməklə özünə qarşı mənfi rəyi birə on qat artırır. Akademikin istefası qaçılmazdır. Azərbay canın gələcəyini düşünməyən, fürsət düşdükcə müxtəlif fikirlərin yaranmasına rəvac verən açıqlamalarla çıxış edən Ramiz Mehdiyevin artıq bugünkü gəncliyə hansı örnəyi göstərə bilər, maraq doğurur? Yazının əvvəlində tarixi Zəfərimizdən bəhs etməyimiz səbəbsiz deyildi. Gənclik nümunə göstərib torpaqlarımızı 30 ilin işğalından azad etdi. Bu gün başımız uca, alnımız açıqdır. Ramiz Mehdiyev kimilərin belə gəncliyə minnətdar olmaq əvəzinə, başını vəzifə bölgüsünə, Azərbaycanın gələcəyi olan elmimizi bərbad vəziyyətə salmağa qarışdırması utancvericidir. Gənclərimiz böyüklərdən öyrənməli, onların yolunu özlərinə həyat yolu seçməlidir. Amma Ramiz Mehdiyevlər bu böyüklüyü itirərək xalqın təmsilçiləri olan millət vəkillərini təhqir edir, ölkənin inkişafına şübhə ilə yanaşır, qanunverici orqanı qeyri-legitim təqdim edir. Artıq istefa zamanıdır, Ramiz müəllim! Ölkə ictimaiyyəti sizi qəbul etmir, ziyalı adına xələl gətirməyinizdən yorulub.»