Masallıda tələbə adını qazananlarla görüş

"Masallı Təhsil Fondu"nun təşəbbüsü ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinə qəbul olan tələbə qızlarla görüş keçirildi.

Məlumat üçün qeyd edim ki, 2021-2022-ci tədris ilində məktəbi bitirənlərin 616 nəfər ali məktəblərə qəbul imtahanında iştirak etmişdir. Onlardan 344-ü oğlan, 272-i qızdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və həmkarım Anar İsgəndərovla tələbə adını qazanan qızları təbrik etdik, onlara təhsildə və gələcək müstəqil həyatda uğurlar arzulayıb yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə, cəmiyyətə, ailələrinə ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə etdik.

Məşhur Məmmədov
Milli Məclisin deputatı