Millət vəkili Qaraçuxurda olan seçicilərinin problemləri ilə maraqlanıb

Millət vəkili hörmətli Etibar Əliyev seçicilərinin üzləşdikləri problemləri daim diqqət mərkəzində saxlayır və ona edilən hər bir vətəndaş müraciətinə həssas yanaşmaqla həlli istiqamətində zəruri addımlar atır. Cənab deputatın tapşırığına uyğun olaraq Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsinin bir qrup sakini ilə görüşüb problemlərini dinlədik. Sakinlərin əsas istəyi küçə yollarının təmir edilməsi, su, kanalizasiya xətlərinin yenilənməsi və işıqlandırma sisteminin qurulmasıdır. Vətəndaşları narahat edən problemlərlə bağlı əlaqədar dövlət qurumlarına tezliklə müraciətlər ünvanlanacaq.

Sakinlər daim onların səsinə səs verən və problemlərinə biganə qalmayan deputata öz minnətdarlıqlarını bildirdilər.