Millət vəkili şəhid ailələrini ziyarət edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun 28 May, Xocəsən və Sulu-təpə qəsəbələrində ikinci Qarabağ müharbəsində şəhid olanların ailələrini ziyarət edib.

Deputat şəhid ailələri ilə söhbət edib,onların arzu və istəklərini öyrənib. Şəhid ailələri ilə görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon icra hakimiyyəti başcısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov, Binəqədi rayon icra hakimiyyəti başcısının Xocasən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.