Möhtəşəm qələbələrə doğru inamla

Kürdəmir rayonunda seçicilərlə görüş keçirilib 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Kürdəmir rayonunun Şilyan və Qarasu kəndlərində seçicilərlə görüş keçirilib. 

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Cəbrayıl Cəbrayılov, Vasif Məmmədov, Sənan Ələsgərov, Mahir Cavadov, Nicat Ağarəhimov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin miras qoyduğu uğurlu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və tariximizin ən böyük, misilsiz qələbəsidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqa Qələbə sevinci yaşadan Liderə səs verəcəklərini deyiblər.