MSK Prezident seçkiləri təyin edib - Təqvim planını təsdiqləyib - YENİLƏNİB

Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.  

Sabahinfo.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib. 

Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova təqdim edib. 

***16:12

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə növbədənkənar Prezident seçkilərini təyin edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.