Razi Nurullayev görüş keçirdi

Bu gün üç nəfər seçici ilə görüşdüm. Qaldırılan məsələlər işsizlik, səhiyyə xidmətlərində yaranan çətinliklər və sosial problemlərlə bağlı idi.

Təəssüf ki, narazılıqlar sistemli xarakter almaqdadır və vətəndaşlar haqlı olaraq çıxış yolu axtarırlar. İnsanlar işləmək və layiqli sosial təminat görmək istəyir. Bu, onların ən təbii haqqıdır.

Müraciətlərlə bağlı aidiyyəti qurumlara rəsmi sorğular göndəriləcək və məsələlərin həlli nəzarətimizdə olacaq. Vətəndaş problemləri kağız üzərində qalmamalı, real nəticə ilə həllini tapmalıdır.

Razi Nurullayev
Milli Məclisin deputatı