Müşfiq Məmmədli görüş keçirdi

Deputat Müşfiq Məmmədli bu gün Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə tanış olub kollektivlə görüş keçirmişdir. İlk olaraq Tibb müəssisəsinin baş həkimi Təranə Mansurova çıxış edərək görülən işlər barədə məlumat verdi. Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə qurulan iş prinsipini diqqətə çatdırdı. Daha sonra çıxış edən millət vəkili dövlət tərəfindən aparılan tibb siyasəti haqda danışdı. Deputat Müşfiq Məmmədli bildirdi ki, tibb sahəsi daim ölkə rəhbəri cənab Prezident İlham Əliyevin, həmçinin 1-ci vitse prezident xanım Mehriban Əliyevanın diqqətindədir. Həkimlərin məvaciblərinin artımı, tibb müəssisələrində yenidənqurma işləri, yeni, müasir aparatlarla təchizat buna əyani sübutdur.

Vətəndaşlarımıza yüksək xidmət göstərilməsi üçün səhiyyə işçiləri də əlindən gələni etməlidirlər və edirlər. Vətəndaş yaşadığı bölgədə yüksək səviyyədə tibbi xidmət almalıdır. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün neqativ hallar aradan qaldırılmalıdır. Koronavirusla mübarizədə Sumqayıt səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirən Müşfiq Məmmədli hər bir şəxsə təşəkkürünü bildirdi. Sonda təklif və problemlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı.