Müşfiq Məmmədli qəbul keçirib

Bu gün Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirdik. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında qəbula gələn şəxslər məişət, məşğulluq, sağlamlıq və digər mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımi dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb.

Qeyd edək ki, 44 saylı Sumqayıt Xızı seçki dairəsi üzrə mütəmadi olaraq vətəndaş qəbulu keçirilir. Növbəti qəbulda iştirak etmək üçün sosial şəbəkə vasitəsi ilə və ya 0502779684 nömrəsi ilə əlaqə saxlamağınız rica olunur.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı