Müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun başlanğıcı

Ulu Öndər Heydər Əliyev müstəsna xidmətləri ilə Azərbaycan dövlətini əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir.

1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın tarixində, xalqımızın taleyində gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyuldu. Həmin gün xalqımız özünün gələcək taleyini inkişafını dəyərləndirərək bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi.

Ulu Öndər Heydər Əliyev xalqımızın etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun başlanğıcı oldu.

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilridi. Belə bir məqamda ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən Azərbaycanın tanınmış ziyalıları, xalqını düşünən vətənpərvərləri 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutaraq, onu təkidlə siyasi hakimiyyətə dəvət edirdilər.

Belə bir çətin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil, hər zaman inkişaf edən, güclənən, qüdrətli  Azərbaycan dövlətində inkişaf təməlini qoydu . 

Məhz Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Zaman göstərdi ki, xalq öz seçimində yanılmadı. Azərbaycanın Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Ulu Öndər andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” belə də oldu.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti olan mühüm tarixi sənədlər imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru  mühüm addımlar atıldı.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması və onu möhkəmləndirməsidir. Uğurlu dövlət quruculuğu prosesi müstəqil Azərbaycanının demokratik inkişaf yolunda əmin addımlarla irəlləməsini təmin edən ən mühüm vasitə oldu.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

Ulu Öndər Heydər Əliyevin  misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi və daimi olmuş, eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə də davamlı yüksəlişi və qüdrətlənməsinin təməli qoyulmuşdur.

1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görürük. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin əvəzsiz fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.

Milli dövlətçiliyi dağılmaq təhlükəsində qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri