Nazir: Azərbaycan Cənubi Qafqazın parlayan ulduzuna çevrilib

"Azərbaycanın Cənubi Qafqazın parlayan ulduzuna çevrilməsini Türkiyə olaraq fəxrlə izləyirik".

Sabahinfo.az xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O deyib ki, Azərbaycan regional layihələr, regional diplomatiya sahəsində haba çevrilib.

"Azərbaycan əhəmiyyətli tədbirlərə ev sahibliyi edib, edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan vacib rol oynayır".

Hakan Fidan deyib ki, Azərbaycanın Avropa ilə enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli dialoqu var.