Nikahların sayı artıb

Azərbaycanda nikahların sayı artıb. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 46100 nikaha daxilolma və 14316 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.