Novruz Aslanovun səyyar qəbulları davam edir - FOTOLAR

Millət vəkili Novruz Aslanovun kəndlərdə səyyar qəbulları davam edir. Belə qəbullar əksər hallarda rayon İcra Hakimiyyətinin başçısı ilə birgə təşkil olunur. Növbəti belə qəbul İsmayıllı rayonunun Bizlan kəndində keçirilib.

Sabahinfo.az xəbər verir ki, iyunun 9-da keçirilən səyyar qəbulda sakinləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, bir çox məsələlərə dair yerli struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda RİH-nin məsul əməkdaşları, yerli idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. Millət vəkili regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət aşıb. Belə qəbulların digər kəndlərdə də davam edəcəyi vurğulanıb. Sakinlərlə keçirilən belə görüşlər mövcud problemlərin həllinə öz töhfəsini verir.