“Olimpiakos” Konfrans Liqasının çempionu oldu

UEFA Avropa Konfrans Liqasında 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

Sabahinfo.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən “AEK Arena”da oynanılan final görüşündə yerli komanda “Olimpiakos”la İtaliya təmsilçisi “Fiorentina” üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Olimpiakos"a kuboku gətirən qələbə qoluna 116-cı dəqiqədə Ayub El-Kabi imza atıb.