"Onlar sosial güzəştlərdən istifadə imkanlarını itirirlər" - Deputat

"Bu yaxınlarda polis bölmələrinə qeydiyyatına düşənləri qeydiyyatdan çıxardılar. Həmin şəxslərin arasında Qərbi azərbaycanlılar və başqa katoriqoriyadan olanlar var".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Əziz Ələkbərli deyib.

“Bununla da onlar həm işə düzəlmə, həm də dövlətin digər sosial güzəştlərindən istifadə imkanlarını itirirlər. Bu sahədə çoxlu müraciətlər olur. Hesab edirəm ki, bu məsələyə diqqət yetirmək lazımdır. Sənədsiz evlərə çıxarışlar verilməklə məsələni həll etmək olar”, - ddeyə deputat bildirib.