"Özəl sektora göstərilən dəstək bir sıra dünya ölkələrindən artıqdır" - Nazir müavini

"Son aylarda qlobal ərzaq bazarında qiymətlərin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən anti-inflyasiya tədbilərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşımasına imkan verir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. 

Nazir müavini bildirib ki, 2023-cü ilin 9 ayında inflyasiya 10,9 % olub və ilin sonun qədər azalması müşahidə olunur: "İnflyasiyanın gələn ilin proqnozunda daha da azalması planlaşdırılır. Xarici amillər burada vacib rol pynayır. Səsləndirilən təkliflər mütləq nəzərə alınır. Çalışrıq ki, proqnozlarımız dəqiqliyə yaxın olsun".

S.Məmmədov qeyd edib ki, özəl sektorun inkişafına çox genişmiqyaslı dəstək göstərilir və qanunvericilik təkmilləşdirilir: "Azərbaycanda özəl sektora göstərilən dəstək bir sıra dünya ölkələrindən qat-qat artıqdır. Bu da öz nəticəsini verməkdədir. Özəl sektorun payı ÜDM-də ilbəil artır".