Parlamentin yaz sessiyası başa çatdı - YENİLƏNİB

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, toplantıda 7 məsələ müzakirə olunaraq qəbul edilib.

İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatıb.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

*** 11:00

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

Sabahinfo.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələ daxil edilib.