Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1290 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Sabahinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 184, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 737, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir.