Politoloq Baydenin məktubunu şərh etdi

ABŞ prezidenti Cozef  Bayden tərəfindən ölkə başçısı cənab İlham Əliyevə 28 May Respublika Günü münasibətilə təbrik məktubunun göndərilməsi dövlətimizə və xalqımıza verilmiş dəyərdir. 

Azerforum xəbər verir ki, bu sözləri politoloq Ramiz Alıyev qeyd etmişdir.  Politoloq qeyd edir ki, ABŞ prezidentinin məktunda ölkəmiz haqqında bildirilən fikirlər 30 ilə yaxın bir tarixdə Ulu Öndər Heydər Əliyev siyasətinin və onun layiqli siyasi davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu və məqsədyönlü dövlətçilik siyasətinin bəhrəsidir: "Bu gün ölkəmiz güclü olmasa, qalib ölkələr sırasında adı çəkilmsə ABŞ prezidentinin məktubu o məzmunda olmayacaqdır. Diqqət etsəniz görəcəksiniz ki, ABŞ prezidenti qalib, sabit, dünya dövlətləri tərəfindən hörmətə sahib olan bir dövləti, onun güclü xalqını, öz torpaqlarını düşmənin işğalından azad edən Müzəffər Ali Baş Komandanı təbrik edir! Bunların  hamısı böyük şərtlərdir”. 

R.Alıyev bildirib ki, bu gün Azərbyacan regionda söz sahibi olan bir dövlətdir: "Azərbaycan bu gün həm Qərbin inkişaf etmiş ölkərləri, həm də digər müstəqil siyasət yürüdən ölkələrlə sıx əlaqəsi olan, uğurlu əməkdaşlıq quran bir dövlətdir. Hessab edirəm ki, bu məktub ABŞ-ın dövlət olaraq ölkəmizə olan münasibətinin göstəricisidir.

Məktubda diqqət çəkən məqamlardan biri də ABŞ prezidentinin terrorizmlə mübarizədə Azərbaycanın dövlət olaraq öncül sıralarda olmasını qeyd etməsi və eyni  zamanda ölkəmizin enerji resurslarının Avropa və dünya bazarlarında təhlükəsizliyin təmin olunmasıda, sabitləşdirilməsindəki rolunu vurğulaması, Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, humanitar yardımların göndərməsini yüksək qiymətləndirməsi ölkəmiz üçün mühüm məqamlardır! Hesab edirəm ki, həm ABŞ, həm də digər inkişaf etmiş ölkələr regionda Azərbaycanın necə böyük gücə sahib olmasını artıq anlayıb və qəbul ediblər. Ona görə də biz cənab Prezidentin öz çıxışlarında hər zaman qeyd etdiyi kimi, ölkə olaraq, xalq olaraq güclü olmağa, daha da inkişaf etməyə və bir olmağa borcluyuq və məcburuq!"