Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsi haqqında 27 dekabr 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Sabahinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun büdcə gəlirləri üzrə proqnoz 12 milyard 73 milyon 255,5 min manatdan 14 milyard 109 milyon 215,6 min manata, büdcə xərcləri üzrə proqnoz isə 12 milyard 900 milyon 232,5 min manatdan 12 milyard 904 milyon 943,3 min manata dəyişdirilib.