Prezidentdən Ayxan Hacızadə ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, Sərəncamla Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadəyə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.