Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.