"Qarabağda minaların təmizlənməsi üçün ABŞ texnika göndərməyə hazırdır" - ABŞ səfiri

"Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir".

Sabahinfo.az 
xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.

"Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər".
 
Diplomat həmçinin ABŞ-ın bu sahədə böyük təcrübəsi olduğunu, ən yaxşı texnikaları təqdim edə bilərəcəklərini, Qarabağda daha çox ABŞ şirkətlərini görmək istədiklərini də bildirib.