Qazax rayonunda “Milli dəyərlərlə ailə institutunun möhkəmləndirilməsi” layihəsi icra olunub

“Ailələrə Dayaq” xeyriyyə ictimai birliyi “Milli dəyərlərlə ailə institutunun möhkəmləndirilməsi” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində iyun ayında Qazax Dövlət Sosial – İqtisadi Kollecində və Yazıçılar Birliyinin Qazax rayonu filialında növbəti tədbirlər keçirilib.

İctimai Birliyin sədri Natəvan Əliyeva bildirib ki, layihənin məqsədi ailələrdə yaranan problemləri araşdırmaq və onları aradan qaldırmaqda yardımçı olmaqdır.

Tədbir iştirakçıları çox həvəslə mövzunun müzakirəsinə qatılırdı. Valideynlər bu mövzuda qaranlıq qalan məsələləri layihə rəhbəri və psixoloqla bölüşürdülər.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.