Qənirə Paşayeva bir qrup şəhid ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizdən bir qrupun ailə üzvləri ilə görüşüb.

Eyni gündə şəhid olan qardaşlar, Bakı şəhəri, Binə qəsəbə sakinləri İman və Bəhramın atası Elman Məmmədov, Tovuz rayon sakini, şəhid Kamran Quliyevin atası Dadaş Quliyev, Tovuz rayon sakini şəhid Müşfiq İsmayılzadənin valideynləri Aytəkin və Xanlar Kərimovlar, Tovuz rayon sakini, şəhid Sənan Ələsgərovun atası Əkram Ələsgərovla, Tovuz rayon Əyyublu kənd sakini Eyvaz Cəmşid oğlu Bayramovun və Sumqayıt şəhər sakini, şəhid Elşad Həsənovun ailəsi ilə Milli Məclisdə görüşüb. Komitə sədri, şəhidlərin döyüş yolu, valideynlərinin onlarla bağlı xatirələri və ailənin qayğıları ilə maraqlanıb.

Q.Paşayeva şəhid ailələrinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.