Qubada saxlanılan şəxsin üzərindən avtomat və narkotik aşkarlandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Asmolov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.

Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.