Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub.

Sabahinfo.az-ın məlumatına görə. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur. Bu baş verənlər təbii proseslərdir.

Onun sözlərinə görə, bu gün yoxlanılacaq ki, hansı evlərdə çat və dağıntı var: "Bu da Fövqəladə Hallar Nazirliyinin işidir".

Q.Yetirmişli dağıntısı güclü olan zəlzələ ehtimalının olmadığını deyərək, əhali narahat olmamağa çağırıb.

Qeyd edək ki, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib/trend.