Rəcəb Tayyib Ərdoğan: “Zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb”

“Zəlzələdə yaralanan 81 min vətəndaşımızın böyük bir qismi xəstəxanadan buraxılıb”.

Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra xilasedicilər tərəfindən dağıntılar altında sağ çıxarılan insanların sayı səkkiz mindən çoxdur:

“Zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb”.

Ərdoğan bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürünü bildirib.